Vətəninfo.az xəbər verir ki, İran ABŞ-nin 🇮🇶 Bağdad beynəlxalq hava limanı yaxınlığındakı “Viktoriya” hərbi bazasına hücum edib.
Məlumata görə, zərbələr nəticəsində ərazidə yanğın baş verib. Bildirilir ki, hərbi obyektə zərbələr qısamənzilli raketlər və kamikadze PUA-lar vasitəsilə endirilib.
Gecə saatlarında baş tutan əməliyyat zamanı bir neçə raket və minimum üç dron hava hücumundan müdafiə (HHM) sistemlərini aşaraq bazaya daxil ola bilib.