AZ

Kim Çen Inın qızı 1 nömrəli varis kimi təqdim olundu

Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin rəisi Li Çonq Sok bildirib ki, Şimali Koreya lideri Kim Çen Inın qızının onun varisi olacağı ehtimal edilir.

Redaktor.az xəbər verir ki, məlumatı "Yonhap" yayıb.

Kəşfiyyat rəhbəri açıqlamasında deyib: “O, varis hesab edilə bilər. Bu nəticə təkcə əlamətlərə deyil, həm də etibarlı kəşfiyyat məlumatlarına əsaslanır”.

Məlumatda bildirilib ki, qanunvericilərin sözlərinə görə, kəşfiyyat agentliyinin qiymətləndirməsinə əsasən, liderin qızının son vaxtlar tankla gəzintisi hakimiyyətin davamlılığını vurğulayan simvolik addım kimi qiymətləndirilir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
16
1
redaktor.az

2Mənbələr