Bakı. Trend:
Bakı–Quba yolunun bir hissəsini sel suları basıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları DövlətAgentliyindən (AAYDA) Trend-ə məlumat verilib ki, intensiv yağıntılarnəticəsində Siyəzən və Şabran rayonlarının ərazisində, xüsusilədağlıq sahələrdə güclü sel axınları formalaşıb və bu axınlarsürətlə düzənlik istiqamətində, Xəzər dənizi istiqamətinəyönəlib.
Qeyd olunub ki, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədiavtomobil yolunda yerləşən suötürücü borular və keçid qurğuları buhəcmdə və intensivlikdə sel sularını ötürə bilmədiyi üçün sukütləsi yolun hərəkət hissəsinə dolub.
Nəticədə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Bildirilib ki, hazırda vəziyyətin aradan qaldırılmasıistiqamətində operativ tədbirlər görülür. Əraziyə agentliyinəməkdaşları və xüsusi texnikalar cəlb olunub. Texnikaların köməyiilə yolun hərəkət hissəsində toplanmış suyun kənarlaşdırılması,axının istiqamətləndirilməsi və yol infrastrukturununtəhlükəsizliyinin bərpası istiqamətində işlər davam etdirilir.
Sürücülərə tövsiyə olunur ki, qeyd olunan istiqamətdə hərəkətedərkən diqqətli olsunlar və mümkün qədər alternativ marşrutlardanistifadə etsinlər.