AZ

Aİ Şurasının rəhbəri Pezeşkianla danışıb

Aİ Şurasının rəhbəri Pezeşkianla danışıb

Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta İran Prezidenti Məsud Pezeşkiana zəng edib.

AFN.az xəbər verir ki, Koşta bu barədə özünün "X" hesabında yazıb. O bildirib ki, telefon danışığı zamanı Tehranı ABŞ və İsrailin zərbələrinə cavab verməyi dayandırmağa, Hörmüz boğazında gəmilərin hərəkətini bərpa etməyə və danışıqlara başlamağa çağırıb.

"Gərginliyin artması sülhə gətirib çıxarmayacaq, buna yalnız dialoq vasitəsilə nail olmaq mümkündür" - deyə Koşta qeyd edib.

Qeyd edək ki, son dövrlər regionda hərbi gərginliyin artması fonunda beynəlxalq təşkilatlar və dünya liderləri tərəflər arasında birbaşa təmasların qurulması və dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi istiqamətində diplomatik səylərini gücləndiriblər.

Seçilən
16
afn.az

1Mənbələr