AZ

“O cür geyinmək olar?!” – Əlikram Bayramov qadağanı pozmasından danışdı - VİDEO

Əlikram Bayramovun balıq ovu ilə bağlı paylaşımı qalmaqal yaradıb.

"Yeni Sabah" xəbər verir ki, o, “İnstagram” hesabında Şaqay kanalında tutduğu balıqları izləyicilərinə nümayiş etdirib.

Paylaşımın ardından izləyicilərölkədə balıq ovuna qadağa tətbiq olunduğunu xatırladaraq müğənnini tənqid ediblər.

Əlikram Bayramov iddiaları təkzib edib. O bildirib ki, paylaşılan görüntülər yeni deyil və yay fəslində lentə alınıb:

“Yox, elə bir şey yoxdur, yazılanlara inanmayın. O görüntülər yeni deyil, əvvəl çəkilib, yayda. Sadəcə indi yenidən paylaşmışam. Videoya baxsanız görərsiniz ki, yay geyimindəyəm, bu havada, yağışda o cür geyinmək olarmı?! Videonu elə təqdim edirlər ki, guya bu məsələ indi baş verib, mən qaydaları pozmuşam. Balıq ovunun qadağan olunduğunu təbii ki, bilirəm. Bu cür xəbər yayanlara demək istəyirəm ki, Allah qoysa, sizə balıq da gətirəcəyəm, amma qanunsuz yox, qanuni vaxtda tutub gətirəcəyəm”.

Xatırladaq ki, aprelin 1-dən sentyabrın 1-dək Kür çayı, Sarısu gölü, Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında sənaye məqsədilə balıq ovuna qadağa tətbiq olunur. Şaqay kanalının da həmin su hövzələrinə daxildir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
41
2
yenisabah.az

3Mənbələr