AZ

Kurskun keçmiş qubernatoru 14 il CƏZA ALDI

Rusiyada Kursk vilayətinin keçmiş qubernatoru Aleksey Smirnov 14 il müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

Rusiya məhkəməsi Kursk vilayətinin keçmiş qubernatoru Aleksey Smirnov barəsində hökm çıxarıb.

O, rüşvətxorluq cinayətində təqsirli bilinərək 14 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

Məhkəmənin qərarı ilə keçmiş qubernator, həmçinin 400 milyon rubl (təxminən 7 400 000 manat) məbləğində cərimələnib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
27
interpress.az

1Mənbələr