Cari ilin yanvar-fevral aylarında “Baku Steel Company” QSC-nin ixrac gəlirləri 12,2 milyon ABŞ dolları təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın mart sayında bildirilir.
Məlumata görə, QSC-nin ixrac gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon ABŞ dolları və ya 82,1% artıb.
Belə ki, 2025-ci ilin ilk iki ayında “Baku Steel Company” QSC-nin ixrac gəlirləri 6,7 milyon ABŞ dolları idi.
Qeyd edək ki, şirkət ixrac həcminə görə, Azərbaycanın özəl şirkətləri arasında beşinci yeri tutub.