AZ

Səhər yeməyində peçenye yeyirsizsə, ehtiyatlı olun -XƏBƏRDARLIQ

Kardioloq Xose Abelyan xəbərdarlıq edib ki, səhər yeməyində tez-tez istifadə olunan bir məhsul xərçəngin yaranma riskini yüksəldir.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "El Confidencial" yayıb.

Abelyan bildirib ki, peçenye tam dəyərli yemək hesab oluna bilməz. Bu məhsul orqanda xroniki iltihab və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.

"Səhər yeməyində yediyiniz peçenye xərçəngin daha yüksək tezliklə inkişaf etməsi ilə əlaqəlidir", — deyə həkim vurğulayıb.

O əlavə edib ki, səhər yeməyində yalnız peçenye yemək həddindən artıq yeməyə gətirib çıxara bilər, çünki bu şirniyyatdan tox olmaq mümkün deyil. Peçenye istehlak edildikdən sonra qanda qlükoza səviyyəsi kəskin artır.

"Peçenye ürək-damar və immun sistemi üçün zərərlidir", — deyə Abelyan yekunlaşdırıb.

Aytəkin TOFİQQIZI

Seçilən
30
1
redaktor.az

2Mənbələr