AZ

“Çelsi”nin üzvü “Real”ı arzulayır

“Çelsi”nin yarımmüdafiəçisi Moises Kaysedo gələcək karyerası ilə bağlı maraqlı fikirlər səsləndirib.

Msport.az xəbər verir ki, ekvadorlu futbolçu hazırda London klubuna sadiq olduğunu bildirsə də, gələcəkdə “Real”a keçmək ehtimalını istisna etməyib.

Ulduz oyunçu karyerasının sonrakı mərhələsində “kral klubu”nun formasını geyinməkdən məmnun olacağını bildirib.

Hazırda “zadəganlar”ın əsas heyət üzvü olan Kaysedo hələlik bütün diqqətini Premyer Liqaya yönəldib. Bununla belə, Madrid təmsilçisinin bu transferə marağı hər zaman aktual qala bilər.

Seçilən
1
2
msport.az

3Mənbələr