Yunanıstanda subsidiya qalmaqalı - Baş nazir sürətli istintaq tələb edir
Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis Avropa prokurorlarını kənd təsərrüfatı subsidiyaları ilə bağlı qalmaqal üzrə araşdırmanı sürətləndirməyə çağırıb. O bildirib ki, məsələ ilə bağlı deputatların ittiham olunub-olunmayacağına qısa zamanda aydınlıq gətirilməlidir.
İstintaq çərçivəsində onlarla fermerin saxta torpaq sənədləri təqdim edərək Avropa İttifaqı fondlarından milyonlarla avro əldə etdiyi iddia olunur. Bu prosesdə bəzi dövlət məmurlarının və siyasətçilərin də iştirak etdiyi bildirilir.
Avropa prokurorları araşdırmanı genişləndirərək ən azı 11 deputatın toxunulmazlığının ləğv olunmasını tələb edib. İttihamlar arasında vəzifə səlahiyyətlərindən sui-istifadə və maliyyə fırıldağı yer alır.
Baş nazir isə məsələnin ciddi olduğunu vurğulasa da, ittiham olunan şəxslərin günahsızlıq hüququnun qorunmasının vacibliyini qeyd edib. Parlamentin yaxın günlərdə deputatların toxunulmazlığı ilə bağlı qərar verəcəyi gözlənilir.
aia.az
Tərcümə şöbəsi