AZ

Efirdən uzaqlaşdırılan aparıcılar indi nə işlə məşğuldur?

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Televiziya fəaliyyətlərinə fasilə verilən məşhur aparıcılar efir yoxluğunu müxtəlif üsullarla kompensasiya edirlər. Xoşqədəm Hidayətqızı, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz Əkbər, Zaur Nəbioğlu və Tarix Əliyev kimi simalar hazırda əsasən sosial şəbəkələrdə fərqli istiqamətlərdə aktivlik göstərirlər.Xoşqədəm Hidayətqızı proqramının dayandırılmasından sonra diqqətini daha çox tibbi sahəyə yönəldib. O, verilişində yer alan həkimlərin reklamını öz səhifəsində davam etdirir. Zaur Baxşəliyev isə bu müddətdə müxtəlif şirkətlərlə kommersiya əməkdaşlıqlarını ön plana çıxarır.Hər kəsin fərqli reaksiya verdiyi bu dövrdə Elgiz Əkbər və Zaur Nəbioğlu tamamilə səssizliyə çəkilib. Onlar demək olar ki, heç bir paylaşım etmir və izləyicilərindən uzaq qalmağa üstünlük verirlər. Zaur Kamal asudə vaxtını gəzintilərə ayırdığı halda, Tarix Əliyev ailə məclislərindən və şəxsi həyatından görüntülər paylaşmaqla gündəmdə qalır.Hazırda bu tanınmış simaların efirə nə vaxt qayıdacağı barədə hər hansı rəsmi məlumat yoxdur.(axsam.az)Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
demokrat.az

1Mənbələr