ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla münasibətlərində çox diqqətli olmalıdır.Modern.az xəbər verir ki, Lukaşenko bu haqda KTMT-nin baş katibi Taatbek Masadıkovla görüşündə bildirib.
"Ermənistanla münasibətlərimizdə daha nəzakətli və diqqətli olmalıyıq. Bilirsiniz, Ermənistan KTMT-nin işini dəstəkləmir, amma eyni zamanda üzv olaraq qalır. Biz çox nəzakətli olmalıyıq", - deyə Lukaşenko bildirib.
Onun sözlərinə görə, Ermənistandakı vəziyyət çox çətindir.
"Ermənistan bu baxımdan, xüsusən də seçki dövründə çətin vəziyyətdədir. Buna görə də Ermənistanla münasibətlərimizdə çox diqqətli və ehtiyatlı olmalıyıq", - deyə o bildirib.Keçən həftə, 1 aprel tarixində, Vladimir Putin və Nikol Paşinyan Moskvada Ermənistan-KTMT münasibətləri ilə bağlı mübahisəli fikirlərini açıqlayıblar.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.