Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanmasına dair danışıqlar hazırda fasilə mərhələsindədir.
Redaktor.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, danışıqlar prosesi müvəqqəti olaraq dayandırılıb və bu mərhələdə üçtərəfli formatda görüşlərin təşkili çətinləşib. Peskov qeyd edib ki, xüsusilə ABŞ-nin hazırda digər məsələlərlə məşğul olması bu prosesi ləngidir.
Kreml nümayəndəsi vurğulayıb ki, buna baxmayaraq, Moskva və Kiyev Vaşinqtonla ayrı-ayrılıqda əlaqələri davam etdirir. Tərəflər bu formatda fikir və məlumat mübadiləsi aparır.
NURİYYƏ