"Roma" İtaliya A Seriyasının 31-ci turu çərçivəsində səfər oyununda "İnter"ə məğlub (2:5) olub.
Fanat.Az xəbər verir ki, "canavarlar"ın baş məşqçisi Can Pyero Qasperini oyundan sonra matç barədə fikirlərini bildirib.
"Football İtalia" onun dediklərini belə çatdırıb:
"Müsbət tərəfdən baxsam, ilk hissəni qeyd edə bilərəm. Tablodakı hesab məyusedici oldu. Amma Çalhanoğlunun qapımıza vurduğu qol həqiqətən də möhtəşəm idi.
Üçüncü qoldan sonra əhval-ruhiyyəmiz pozuldu. Uduza biləcəyimiz aydındır, amma belə hesabla yox. Bununla belə, komanda müsbət əhval-ruhiyyədədir, sağlamdır. Yenidən başlamağa çalışacağıq.
Heyəti büsbütün dəyişmək? Buna ehtiyac görmürəm. "Roma" çox pul xərcləyib. Karyeram ərzində heç bir klubun bu qədər pul xərclədiyini görməmişəm.
Dördüncü yer? Bizim üçün o da çətindir, çünki "Yuventus", "Komo" və "Atalanta" da var. Hazırda bir az geridəyik, amma qalanlarına çatmaq üçün əlimizdən gələni edəcəyik".
Növbəti turda "Roma" "Piza"nı qəbul edəcək.