AZ

Qapıçı azarkeşi yumruqladı, cəzasız qaldı

İngiltərə Milli Liqası Cənub zonası çərçivəsində keçirilən "Enfild Taun" - "Çelmsford Siti" matçında qalmaqallı hadisə baş verib.

Publika.az xəbər verir ki, meydan sahiblərinin qapıçısı Co Rayt rəqib komandanın azarkeşinə qarşı aqressiv davranışı ilə gündəmə gəlib.

Qapıdan zərbə vurmağa hazırlaşan Rayt qəfil tribunaya tərəf dönərək azarkeşlərə yaxınlaşıb və onlardan birinə yumruq atıb. Bundan sonra isə qapıçı heç nə olmamış kimi oyuna davam edib.

Bu epizod stadionda olan təxminən 2200 tamaşaçı arasında şok yaradıb və narazılıq səsləri yüksəlib. Hadisəyə görə oyun təxminən yeddi dəqiqə dayandırılıb.

Maraqlıdır ki, hakimlər insidenti görmədiyi üçün Rayt oyun zamanı qırmızı vərəqədən yayınıb. Lakin final fitindən sonra o, təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə stadiondan çıxarılıb.

Seçilən
2
publika.az

1Mənbələr