AZ

“Rabitəbank” qanunları pozub, barəsində icrası məcburi sərəncam verilib

Mərkəzi Bank “Rabitəbank” ASC-yə icrası məcburi sərəncam verilməsi barədə məlumat yayıb.

Qeyd edilib ki, “Rabitəbank” ASC tərəfindən kreditlərin rəsmiləşdirilməsi zamanı qüvvədə olan qanunvericiliyin pozulması faktı ilə bağlıMərkəzi Banka yazılı bildiriş təqdim edilməməsi ilə əlaqədar olaraq “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 25.1.4-cü maddəsinin tələblərinin pozulmasına görə Qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “Rabitəbank” ASC-yə qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilmişdir.

Sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır. 

İş elanları AzVak.az-da

Seçilən
11
12
marja.az

10Mənbələr