AZ

"Sabah" beynəlxalq turnirin qalibi oldu

"Sabah"ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilən "Antalya City Friendship Cup" beynəlxalq turnirinin qalibi olub.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Nasir Nəsirlinin baş məşqçisi olduğu kollektiv qrup mərhələsində hər üç oyunu böyük hesablı qələbə ilə başa vurub. 

Təmsilçimiz Türkiyənin "Manavqat" (4:0), "TSI Academy" (7:1) və "Göztəpə" (6:1) komandalarını məğlub edib.

U-14 yarımfinalda meydan sahibi ölkənin "Kardelenspor" komandasına 5:1 hesabı ilə qalib gəlib. Beləliklə, həlledici matça vəsiqə qazanan "Sabah" finalda Azərbaycanı təmsil edən "Young Pro" komandasını 3:0 hesabı ilə üstələyib. Nəticədə "Sabah" turniri çempion kimi başa vurub.

Seçilən
5
3
fanat.az

10Mənbələr