Buşehr AES yaxınlığında zərbə - Agentlik obyektin zərər görmədiyini açıqladı
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın Buşehr Atom Elektrik Stansiyası yaxınlığında son hərbi zərbələrin təsirini təsdiqləyib. Qurumun açıqlamasına görə, hücumlar stansiyanın yaxınlığında qeydə alınsa da, əsas obyektə zərər dəyməyib.
Agentlik bildirib ki, bu nəticə peyk görüntülərinin təhlili və ərazi ilə bağlı mövcud məlumatlar əsasında müəyyən edilib. Məlumata görə, zərbələrdən biri stansiyanın sərhədindən təxminən 75 metr məsafədə baş verib.
Xatırladaq ki, ötən həftə İran tərəfi də obyektə yaxın əraziyə mərmi düşdüyü barədə məlumat vermişdi. BAEA vəziyyəti diqqətlə izlədiyini vurğulayıb.
aia.az
Tərcümə şöbəsi