AZ

Dəməşqdə tarixi görüş: Yaxın Şərqdə yeni dövrün başlanğıcı - Əsas memar Türkiyədir

Xəbər verdiyimiz kimi, Suriyanın paytaxtı Dəməşqdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ukrayna prezidenti Volodimir Zelenski və Suriya prezidenti Əhməd Əl Şaraanın iştirakı ilə zirvə görüşü keçirilib.

Publika.az xəbər verir ki, İsrailin "Israel Defense News" nəşri bununla bağlı təhlil yazısı dərc edib.

"Dəməşqdə tarixi üçtərəfli zirvə görüşü: Fidan, Zelenski və Şaraa Ukrayna ilə Suriya arasında yeni körpülər qurmaq üçün görüşürlər" başlıqlı xəbərdə Türkiyənin prosesdəki vasitəçi rolu vurğulanıb.

Təhlildə bu üçtərəfli görüşün 2024-cü ilin dekabr ayında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Kiyev və Dəməşq arasında münasibətlərin bərpasında mühüm diplomatik addım olduğu bildirilib. Qeyd olunub ki, Türkiyə bu yeni dövrün ən vacib memarıdır. Həmçinin vurğulanıb ki, Hakan Fidanın Dəməşqə gedib görüşə sədrlik etməsi güclü diplomatik mesaj daşıyır.

İsrail mediası sammitin təkcə diplomatik əlaqə deyil, həm də Türkiyənin bölgədəki təsirini artırmaq üçün çox vacib olduğunu qeyd edib: “Türkiyə üçün bu sammit bölgədəki təsirini genişləndirmək yolunda bir fürsətdir”.

Seçilən
12
publika.az

1Mənbələr