AZ

Ceyhun Sultanov “Araz Naxçıvan”ın prezidenti olacaq? - VİDEO

Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti olacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ATV-də yayımlanan “Futbolumuz” verilişində jurnalist Emin Abbasov məlumat verib. 

O bildirib ki, bu barədə məlumatı Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundovdan alıb. 

C.Sultanov bu postda məhz Z.Axundovun qardaşı Ramin Axundovu əvəzləyəcək. Yaxın zamanda bu barədə rəsmi açıqlama olacağı da bildirilib. 

Xatırladaq ki, Ceyhun Sultanov ötən ilin mayında “Araz-Naxçıvan”a idman direktoru təyin edilmişdi.

Qeyd edək ki, Ramin Axundov 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı ittiham olunur. O, ölkdən qaçıb gizləndiyi üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axarışa verilib.

Onun qardaşı Zaur Axundov isə xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Hazırda ev dustaqlığındadır.

"Cebheinfo.az"

Seçilən
26
4
cebheinfo.az

5Mənbələr