Mıtişçidə 26 nəfərlik qaraçı dəstəsi birotaqlı mənzilə köçüb.
İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.
Rusiyanın Mıtişçi şəhərində maraqlı və narahatlıq doğuran hadisə baş verib. Birotaqlı mənzilin sahibi mülkünü iki nəfərə kirayəyə versə də, çox keçmədən mənzilə 26 nəfərlik qaraçı “tabor”unun yerləşdiyi məlum olub.
Mənzil sahibi mühafizə xidmətindən daxil olan şikayətdən sonra şübhələnib və təhlükəsizlik kameralarını yoxlayıb.
Görüntülərdən sonra mənzildə normadan dəfələrlə çox insanın yaşadığı aşkarlanıb.
Xuraman Etibarlı
İnterpress.az