“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqanın PSJ-yə keçməsi ehtimalı azdır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl Madrid klubunun 23 yaşlı futbolçunu bu yay satmağa hazır olduğu bildirilib və oyunçu PSJ-yə təklif olunub.
Lakin parislilər onun transferini nəzərdən keçirməkdən imtina ediblər.
Kamavinqanın “Real”la hazırkı müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. O, bu mövsüm İspaniya klubunun heyətində 35 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.