AZ

Azərbaycanla Türkiyə arasında ekstradisiya və hüquqi əməkdaşlıq genişləndirilir (FOTO)

Bakı.Trend:

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru MuhsinŞentürkün rəhbərlik etdiyi nümayəndə heyəti Kamran Əliyevin dəvətiilə ölkəmizdə rəsmi səfərdədir.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, bu gün Muhsin Şəntürk Fəxri Xiyabana gələrəkxalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramlayad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloqalim, akademik Zərifə xanım Əliyeva, tanınmış dövlət xadimi ƏzizƏliyev və professor Tamerlan Əliyevin də məzarını ziyarət edib.

Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyiuğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinəehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.Həmçinin, Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrundahəlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türkşəhidliyi” abidəsi, eləcə də Zəfər parkında yerləşən Zəfərabidəsini ziyarət edilib.

Baş prokuror Kamran Əliyevlə türkiyəli həmkarı arasında baştutan görüş zamanı iki dövlət arasında qardaşlıq və əməkdaşlıqmünasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi,hüquq-mühafizə orqanları arasında əməkdaşlığın dinamik inkişafetdiyi vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlərinəsasında dayanan və Ümummilli Lider Heydər Əliyev tərəfindən irəlisürülmüş “bir millət, iki dövlət” konsepsiyası hazırda Prezidentİlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında mövcud olansıx dostluq münasibətləri və siyasi iradə sayəsində daha dagenişlənərək bütün sahələrdə, o cümlədən prokurorluq vəhüquq-mühafizə orqanları arasında əməkdaşlığın möhkəmlənməsinəmühüm töhfə verir. Bu əməkdaşlıq hər iki dövlətin hüquqisistemlərinin inkişafına, cinayətkarlığa qarşı mübarizəningücləndirilməsinə və beynəlxalq hüquqi əməkdaşlığın genişlənməsinəmüsbət təsir göstərir.

Görüşdə Kamran Əliyev qonaqlara ölkəmizdə həyata keçirilən hüquqislahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətininrəqəmsallaşdırılması, müasir idarəetmə mexanizmlərinin tətbiqi vəinstitusional inkişaf istiqamətində görülən işlər barədə ətraflıməlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Muhsin Şentürk təmsiletdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəmverdiyini, iki qardaş ölkənin prokurorluq orqanları arasındaəməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadəedib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrəfaydalı fikir mübadiləsi aparılıb, ekstradisiya, hüquqi yardım,prokurorların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davametdirilməsi barədə razılıq əldə olunub.

Bundan başqa, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlıfəaliyyətin səmərəliliyi müzakirə olunub, hər iki ölkəninprokurorluq orqanlarının beynəlxalq təşkilatlar çərçivəsindəəməkdaşlığının genişləndiyi, xüsusilə Türk Dövlətləri Təşkilatınaüzv dövlətlərin Baş Prokurorluqlarının Şurası çərçivəsindəqarşılıqlı fəaliyyətin gücləndirildiyi, hüquqi əməkdaşlıq, təcrübəmübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətivurğulanıb.

Görüş zamanı Muhsin Şentürkə iki qardaş ölkənin prokurorluqorqanları arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görətəltif olunduğu “Azərbaycan Prokurorluğunun 100 illiyi” AzərbaycanRespublikasının yubiley medalı təqdim edilib.

Görüşdə, həmçinin Türkiyənin Azərbaycandakı fövqəladə vəsəlahiyyətli səfiri Birol Akgün iştirak edib.

Qeyd edək ki, səfər çərçivəsində Muhsin Şəntürkün ölkəmizdəhəyata keçirilən hüquq islahatları və aparılan institusionaldəyişikliklərlə tanış olmaq məqəsilə bir sıra yüksək vəzifəlişəxslərlə rəsmi görüşlər keçirməsi planlaşdırılır.

Azərbaycanla
Azərbaycanla
Azərbaycanla
Azərbaycanla
Məqalədə:
Seçilən
18
19
az.trend.az

4Mənbələr