AZ

Teymur Əliyev Çingiz Aytmatov “Qızıl Qələm” döş nişanı ilə təltif olunub



Gəncə şəhərindəki Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev Qırğızıstan Elmlər Akademiyasının direktoru S.A. Şakirovanın sərəncamı ilə Çingiz Aytmatov “Qızıl Qələm” döş nişanı ilə təltif olunub.

Newscenter.az-a Muzeydən bildirilib ki, bu günlərdə sözügedən nişanın təqdimatı olub.

Nizami Gəncəvi Muzeyində baş tutan görüşdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan respublikalarını təmsil edən görkəmli elm xadimləri, xalq şairləri və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

"Təqdim olunan bu yüksək mükafatı böyük qürur və məsuliyyət hissi ilə qarşılayır, göstərilən etimada görə dərin təşəkkürümü bildirirəm",-deyə Teymur Əliyev vurğulayıb.

Süleyman
Seçilən
25
1
newscenter.az

2Mənbələr