AZ

Bukmekerlər Çempionlar Liqasının favoritini açıqladı

Aprelin 7-də UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi start götürəcək.

Publika.az xəbər verir ki, Avropanın əsas klub kuboku uğrunda mübarizədə cəmi səkkiz komanda qalıb. Bununla əlaqədar bukmekerlər turnirin qalibi ilə bağlı əmsalları yeniləyiblər.

Ekspertlər əsas favorit kimi London təmsilçisi "Arsenal"ı göstərirlər. "Topçular"ın yekun qələbəsi 3.25 əmsalla qiymətləndirilir. Sonrakı pillədə "Bayern" qərarlaşıb. Almaniya klubunun çempionluğu 4.30 əmsalla dəyərləndirilir.

Favoritlər üçlüyünü "Barselona" tamamlayır. Kataloniya klubunun uğuruna 5.50 əmsal verilir.

Növbəti sırada turnirin son qalibi PSJ yer alır. Paris klubunun yenidən kuboku qazanması 5.50 əmsalla qiymətləndirilir.

Seçilən
17
publika.az

1Mənbələr