"Əgər onlar sərhədi keçərsə, biz atəş açacağıq. Bu qədər sadədir. Və biz müttəfiqlərimizi öz tərəfimizdə saxlamaq və ərazimizin hər qarışını müdafiə etmək üçün əlimizdən gələni edəcəyik", - deyə o bildirib.
Vseviovun sözlərinə görə, ABŞ-ın Avropanın təhlükəsizliyi ilə bağlı narahat olduğu günlər artıq geridə qalıb.
O əlavə edib ki, artıq Avropa İttifaqı (Aİ) ölkələri bunu özləri təmin etməlidirlər.
Qeyd edək ki, "kiçik yaşıl adamlar" - rəsmi nişanları olmayan, kimə məxsus olduğu gizlədilən silahlı əsgərlər deməkdir. Bu termin xüsusilə Krımın ilhaqı zamanı məşhurlaşıb. O vaxt Rusiya uniformasında, amma nişansız əsgərlər Ukraynanın Krım bölgəsində peyda olmuşdu və onları mediada "little green men" adlandırırdılar.Globalinfo.az