AZ

"Sizin kimi insanların qarşısına paltarsız çıxmaq lazmdır" - VİDEO

Müğənni Xatirə İslam geyimini tənqid edənlərə cavab verib.

Milli.az xəbər verir ki, sənətçi geyindiyi taytın və taxdığı qalstukun tənqid olunduğunu bildirib:

"Rüfət Axundov mənə video atıb ki, ad günündə qalstuk taxıb, tayt və köynək geyinmisən, müzakirələrə səbəb olmusan. Niyə? Nə etmişəm? Haram görsənir? Lüt çıxmışam? Niyə müzakirə edirsiniz? Köynək, tayt geyinmişəm, qalstuk taxmışam da... Paltarsız çıxmışam? Sizin kimi insanların qarşısına paltarsız çıxmaq lazmdır. Bağlıdır axı, heç yer görsənmir, bilmirsiniz nə deyəsiniz".

Qeyd edək ki, müğənni Xatirə İslam günlər əvvəl məclislərin birində həmkarı Rüfət Axundov ilə birlikdə görüntülənib.Sənətçilər məclisdə duet ifa edərək səhnəni bölüşüblər. Xatirənin ağ köynək və qalstukdan ibarət fərqli səhnə üslubu isə izləyicilər tərəfindən diqqət çəkib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
16
2
milli.az

3Mənbələr