AZ

Media: Hindistan sərhədlərini ilan və timsahlarla qoruyacaq

Bakı, 6 aprel, AZƏRTAC

Hindistanın Sərhəd Təhlükəsizliyi Qüvvələri sərhədyanı çaylarda ilan və timsahlardan istifadə imkanlarını araşdırır.

AZƏRTAC xəbər verir ki, “The Hindu” qəzetinin məlumatına görə, burada söhbət Hindistan və Banqladeş sərhədində çaylar, bataqlıqlar və çətin relyefin ənənəvi maneələrin inşasına imkan vermədiyi çətin keçilən ərazilərdən söhbət gedir.

Hindistan Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkənin Banqladeşlə sərhədinin uzunluğu 4 min 900 kilometrdən çoxdur. Hökumət orqanları qanunsuz miqrantlarla mübarizə məqsədilə burada projektorlu sədlərin inşasına icazə verib. Lakin səddin böyük hissəsi artıq çəkilsə də, bəzi çətin keçilən yerlərə görə inşa işləri yarımçıq qalıb.

Seçilən
13
11
azertag.az

10Mənbələr