AZ

Klopp "Enfild" üçün darıxdığını etiraf etdi

"Liverpul"un sabiq baş məşqçisi, hazırda "Red Bull" şirkətinin futbol şöbəsinə rəhbərlik edən Yürgen Klopp "Enfild" üçün darıxdığını bildirib.

Fanat.Az xəbər verir ki, alman mütəxəssis TV2-yə müsahibəsində belə danışıb:

"Yuxudan mənə təcili "Enfild"dəki ab-havanın lazım olduğunu düşünərək oyanmıram, amma bu stadion üçün darıxıram. "Enfild" həqiqətən çox xoşuma gəlir. Mən çox işləmişəm və işləmək istəyirəm. İndi vəziyyət fərqlidir, üç gün işləyə, ardından dörd gün heç nə etməyə bilərəm. Bu, indiyədək gördüyüm ən yaxşı qrafikdir. İşsiz oturmaq üçün doğulmamışam, amma həyatdan daha çox şey öyrənməyin yolunu tapmalıydım".

Toğrul

Seçilən
0
1
fanat.az

2Mənbələr