AZ

Aprel şəhidinin məzarı ziyarət olunub  

Göygöl Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının rəhbərləri, yerli hüquq-mühafizə orqanlarının nümayəndələri Aprel döyüşləri şəhidi Sərxan Bağırovun Əlimədədli kəndindəki məzarını ziyarət ediblər.

Şəhidin ailə üzvlərinin də iştirak etdikləri tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov diqqətə çatdırmışdır ki, 2016-cı ilin 2-5 aprel tarixlərində Azərbaycan Ordusunun qazandığı hərbi uğurlar dövlətimizin qüdrətini, xalqla ordunun birliyini bütün dünyaya nümayiş etdirdi. Lələtəpə yüksəkliyinin və Cocuqmərcanlının azad edilməsi ilə başlanan şanlı yol Noyabr Zəfərinin təməli oldu. Dövlətin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edən RİH başçısı şəhidlərin keçdiyi şərəfli döyüş yolunun gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu qeyd etdi.

Sonra şəhidin ailə üzvləri çıxış edərək ölkəmizdə Vətən uğrunda canlarından keçən mərd oğullara göstərilən dövlət qayğısından danışmışlar.

Sabir ƏLİYEV,

 “Azərbaycan” 

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr