Bakı. Trend:
Bu ilin martın 1-nə Azərbaycanda bankların kredit portfelininstrukturunda biznes kreditlәri 53,3% (16,058 milyard manat) payamalik olub.
TrendAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, biray əvvəlki göstərici ilə müqayisədə 109,1 milyon manat və ya 0,7%,ötən ilin eyni dövrünə nisbətən isə 1,3 milyard manat və yaxud 8,7%çoxdur.
Hesabat dövründə biznes kreditlərinin strukturunda irisahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,389 milyardmanat təşkil edib ki, bu da bir ay əvvəlki göstəriciyə nisbətən42,3 milyon manat və ya 0,5%, ötən ilin eyni dövrünə nisbətən isə57,1 milyon manat və ya 0,7% artım deməkdir.
Eyni zamanda bu ilin martın 1-nə ölkədə orta sahibkarlıqsubyektlərinə 2,270 milyard manat kredit verilib. Bu, bir ay əvvələnisbətən 24,7 milyon manat və ya 1,1%, ötən ilin eyni dövrü iləmüqayisədə isə 322,4 milyon manat və ya 16,5% çoxdur.
Həmçinin 2026-cı ilin martın 1-nə Azərbaycanda kiçik sahibkarlıqsubyektlərinə ayrılmış biznes kreditlərinin həcmi 1,722 milyardmanat təşkil edib ki, bu da aylıq müqayisədə 26,6 milyon manat vəya 1,6%, illik müqayisədə isə 232,9 milyon manat və ya 15,6% artımdeməkdir.
Bundan başqa, bu ilin martın 1-nə ölkədə mikro sahibkarlıqsubyektlərinə 3,677 milyard manat biznes kreditləri verilib. Bu isəəvvəlki ayla müqayisədə 15,5 milyon manat və ya 0,4%, illikmüqayisədə isə 668,6 milyon manat və yaxud da 22,2% çoxdur.
Qeyd edək ki, 2026-cı ilin martın 1-nə Azərbaycanda banklarınkredit portfeli 30,119 milyard manat olub. Kredit portfelininstrukturunda biznes kreditlәri 53,3% (16,058 milyard manat),istehlak kreditlәri 31,4% (9,467 milyard manat) vә ipotekakreditlәri 15,3 % (4,593 milyard manat) təşkil edib.