AZ

Kredit faizləri banklara nə qədər qazandırıb?

Cari ilin ilk iki ayında banklar kredit faizlərindən 714,8 milyon manat vəsait əldə edib.

Valyuta.az xəbər verir ki, bu göstərici aylıq müqayisədə 358,5 milyon manat və ya 2,01 dəfə çoxdur.

2026-cı ilin yanvar ayında kredit faiz gəlirləri 356,3 milyon manat təşkil edib.

İllik müqayisədə də artım olub. Belə ki, 2025-ci ilin yanvar-fevral ayında olan 593,4 milyon manat ilə müqayisədə 121,4 milyon manat və ya 20,5% artıb.

Ümumilikdə, 2026- cı ilin yanvar-fevral aylarında faiz gəlirləri və bu qəbildən olan digər gəlir növlərindən 886,7 milyon manat vəsait əldə edilib.

Mayya Hüseynova 


Seçilən
21
azia.az

1Mənbələr