AZ

Yağış sularının idarə olunması Bakı yollarında təhlükəsizliyi artıracaq – Yasin Mustafayev

Son günlər Bakıda yağan güclü yağışlar şəhər yollarında su yığıntılarına və hərəkətin çətinləşməsinə səbəb olub. Ekspertlər bildirirlər ki, yalnız sürücülərin diqqətini artırmaq kifayət deyil, əsas məsələ yollar və ətraf ərazilərdə yığılan suların vaxtında idarə olunmasıdır.

Nəqliyyat eksperti Yasin Mustafayev QHT.az-a açıqlamasında bildirib ki, avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək üçün əsas məsələ yollarda yığılan suların vaxtında uzaqlaşdırılmasıdır. O qeyd edib ki, yolun ən böyük düşməni sudur və bu suyun bir an öncə yoldan deşarj olunması vacibdir.

Ekspert vurğulayıb ki, yalnız yolların vəziyyətini düzəltməklə problemi həll etmək mümkün deyil. Əsas məsələ ətrafda yaşayan insanların, evlərin, obyektlərin və parkların təhlükəsizliyini təmin etməkdir. Hal-hazırda bəzi ərazilərdə sular yığılıb, evlərə və obyektlərə giriş-çıxış demək olar ki, mümkün deyil.

O bildirib ki, bu məsələyə məntiqi yanaşmaq vacibdir və artıq tədbirlər planı hazırlanıb. Yasin Mustafayev qeyd edib ki, 2026-cı ilin yanvarında Prezidentin imzası ilə müşavirədə dövlət proqramı təsdiqlənib və yaxın bir neçə ildə yağış sularının idarə olunması ilə bağlı ciddi tədbirlər görüləcək. Hal-hazırda vəziyyət bəzi yerlərdə hələ də ciddidir.

Zəhra Ağayeva

Seçilən
24
qht.az

1Mənbələr