AZ

Ağdam-Xankəndi dəmir yolunda işlərin başa çatmasına AZ QALDI

Ağdam-Xankəndi dəmir yolu xəttində tikinti işlərinin əsas hissəsinin bu ilin dekabrında başa çatacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 30,8 kilometr təşkil edir.

Layihə çərçivəsində 3 stansiya (Əsgəran və Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi) inşası nəzərdə tutulur. Bu 3 stansiya ən müasir standartlar əsasında ölkədaxili nəqliyyat mobilliyini gücləndirəcək.

Bu layihə ilə 123 ədəd mühəndis qurğusu, 28 kilometr rabitə və işarəetmə sistemi yaradılacaq.

Xatırladaq ki, 2025-ci il avqustun 30-da Bakı-Ağdam-Bakı marşrutu üzrə sərnişin daşımalarına başlanılıb.
 

Hazırda sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarından istifadə edirlər. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişinlərə İsveçrənin "Stadler" şirkətinin istehsalı olan "FLIRT" markalı müasir qatarlarla xidmət göstərir. Sərnişinlərə standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunur.


Qeyd edək ki, işğal dövrünə qədər Bakıdan Xankəndiyə kimi sərnişin daşımaları yataq tipli qatarla həyata keçirilirdi. Həmin vaxt qatarlar Bakı-Xankəndi-Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. (report.az)

Bizim.Media

Seçilən
5
12
bizim.media

10Mənbələr