AZ

Lukaşenko Ermənistanla bağlı xəbərdarlıq etdi

BAKI, 6 aprel. TELEQRAF

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla münasibətlərində çox diqqətli və həssas olmalıdır”.

Teleqraf xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Bilirsiniz ki, Ermənistan KTMT-nin işlərində iştirak etmir, amma hələ də təşkilatın üzvü olaraq qalır. Bu məsələdə çox ehtiyatlı olmaq lazımdır. Bu baxımdan Ermənistanda vəziyyət mürəkkəbdir, xüsusilə seçkiqabağı dövrdə. Vəziyyət çox mürəkkəbdir. Odur ki, Ermənistana münasibətdə çox diqqətli və ayıq-sayıq olmalıyıq”, - o qeyd edib.

Seçilən
50
teleqraf.com

1Mənbələr