AZ

"Amerikalılar heç vaxt Çinlə bacara bilməyəcəklər" - Lukaşenko

Aleksandr Lukaşenko bildirib ki, ABŞ İranda zəifliyini nümayiş etdirib və Çini heç vaxt məğlub edə bilməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı "BelTA" məlumat yayıb.

Lukaşenko deyib: “ABŞ üçün əsas düşmən, həmişə dedikləri kimi, Çin idi. Amma bu gün hətta amerikalılar da başa düşdülər ki, onlar heç vaxt çinliləri məğlub edə bilməyəcəklər. Heç vaxt. Və İrandakı vəziyyət bunu göstərir”.

Məlumatda vurğulanıb ki, Lukaşenko əvvəllər ABŞ-nin Rusiya ilə Çini bir-birinə qarşı qoymağa çalışa biləcəyini irəli sürmüşdü. O əlavə edib ki, amerikalılar Rusiyanın Ukrayna münaqişəsinin həllində köməyi müqabilində oxşar bir şey tələb edə bilərlər, lakin Moskva buna yol verməməlidir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
10
1
redaktor.az

2Mənbələr