AZ

İrandan gözlənilməz Hörmüz qərarı: Bu ölkənin gəmiləri...

Türkiyə gəmiləri Hörmüz boğazından keçib.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu “Nsosyal” hesabında paylaşım edib.

Nazirliyin Hörmüz boğazındakı hadisələr fonunda bölgədəki Türkiyəyə məxsus gəmiləri və türk dənizçilərini real vaxt rejimində izlədiyini bildirən Uraloğlu deyib:

“Xarici İşlər Nazirliyimizlə birlikdə apardığımız iş nəticəsində İraqdan Malayziyaya yüklənmiş xam nefti daşımaq üçün üzən Türkiyəyə məxsus “Ocean Thunder” gəmisi dünən gecə Hörmüz boğazından təhlükəsiz şəkildə keçib və körfəzdən çıxışını tamamlayıb. Beləliklə, müharibənin əvvəlindən bəri körfəzdə gözləyən 3 gəmi Hörmüz boğazından təhlükəsiz şəkildə çıxıb. Bu keçidlə Hörmüz boğazı ətrafındakı Türkiyəyə məxsus gəmilərin sayı 12-yə, çıxış tələb edən gəmilərin sayı isə 8-ə düşüb”.

Uraloğlu, hazırda bölgəni tərk etmək istəyən 8 gəmi və 156 heyətr üzvünün təhlükəsiz şəkildə yola düşməsini təmin etmək üçün səylərini fasiləsiz davam etdirdiklərini qeyd edib.

O, Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlarla birlikdə bölgədəki Türkiyəyə məxsus gəmiləri və türk dənizçilərini yaxından izləməyə davam edəcəklərini əlavə edib.

Seçilən
36
cebheinfo.az

1Mənbələr