AZ

Cəmiyyətdə peşə təhsili ilə bağlı maariflənməyə ehtiyac var - Məzahir Məmmədli

Xəbər verdiyimiz kimi, aprelin 3-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub.

Turda iştirak edən təhsil eksperti Məzahir Məmmədli Redaktor.az-a bildirdi ki, Lənkəran və Cəlilabadda keçirilən mediatur göstərdi ki, cəmiyyətdə maariflənməyə müəyyən qədər ehtiyac var:

"Peşə təhsil mərkəzlərinin xüsusilə valideynlər arasında - mən deməzdim şagirdlər arasında - daha çox təbliğatının qurulmasına ehtiyac var ki, bu mərkəzlərin müasir cəmiyyət və əmək bazarında iş tapmağa nə qədər dəstək verdiyi barədə aydın təsəvvür yaransın. Ona görə də düşünürəm ki, ümumtəhsil məktəblərində bu mövzu ilə bağlı xüsusi kampaniyalar aparmaq, həm valideynlər, həm də şagirdlər arasında təbliğatı gücləndirmək lazımdır ki, peşə təhsil mərkəzlərinin yararlılığı haqqında cəmiyyətdə düzgün fikir formalaşsın. Çox təəssüf ki, bu gün hər kəs, xüsusilə valideynlər ali təhsil müəssisələrini hədəf olaraq seçir. Halbuki bəzi şagirdlər artıq 9-cu sinifdən sonra özlərini ümumtəhsil məktəblərində görmür. Bu tip şagirdləri düzgün istiqamətləndirmək üçün valideynlərin motivasiyası artırılmalı, onların mövqeyi bu məsələlərdə müəyyən qədər dəyişdirilməlidir. Bu yanaşma bu sahədə mühüm rol oynaya bilər".

NURİYYƏ

Seçilən
23
2
redaktor.az

3Mənbələr