AZ

Onlarla bağlı nazirliyə müraciət edəcəyəm Aynur Elnarəyə qəzəbləndi

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Modelyer Aynur Xəlilova Əməkdar artist Elnarə Abdullayeva ilə bağlı paylaşımıyla gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, modelyer müğənninin qadınların vatsap statusuna foto qoymasını pisləməsinə sərt reaksiya verib:

"Əziz xalqım, mənim başqa suallarım var. İstəyirəm bu sualları sizə verim. Elnarə Abdullayeva və Ofeliya Şabanova üçün nazirliyə müraciət edəcəyəm: “ən əxlaqlı, namuslu ailə həyatı, ərinin arvadı” ordeni üçün. O başqa məsələ...

Sualım başqadır: Gəlin tənasüb quraq. Əgər ki, hicablı bir xanım öz vatsapında və ya qapalı səhifəsində (belə qoyur, belə qoyur, belə qoyur) şəkil qoyursa və əxlaqsız, pozqun çıxırsa, açıq səhifədə videoları yarım milyon baxış yığan, xəbər səhifələrinin paylaşdıqlar nə sayılır?

Bir dostum var, ona görə soruşuram. Belə çıxır ki, Cem Yılmaz demiş “bu işin federasyonu biziz?”. Əlavə sual. Ola bilər ki, hicablı xanımın yoldaşı da toyda içkili kişilərin önündə mahnı oxumağa qoymur. İnsanlar fərqlidir".

Qeyd edək ki, E.Abdullayeva "Qadın vatsapa foto qoyur. Niyə qoymalısan? Başqasının kişisi niyə sənə baxmalıdır" açıqlaması ilə gündəmə gəlib./Axşam.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
bakivaxti.az

2Mənbələr