AZ

Tailandın Baş naziri əhalini enerjiyə qənaət etməyə çağırıb

Bakı, 6 aprel, AZƏRTAC

Tailandın Baş naziri Anuxtin Çanvirakun ölkədə enerji böhranının qarşısını almaq üçün əhalini evdən işləməyə və ictimai nəqliyyatdan istifadə etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazirin “Facebook”da dərc olunmuş müraciətində deyilir.

“Mən bütün vətəndaşları və özəl sektoru evdən işləməklə və şəxsi nəqliyyat vasitələrindən istifadəni azaltmaqla enerjiyə qənaət məsələsində əməkdaşlığa çağırıram”, - deyə Çanvirakun bildirib. Onun sözlərinə görə, Tailand xam neft idxalından asılı olan ölkələrdən biridir. Hökumət enerji böhranının vətəndaşlara təsirini azaltmaq üçün digər zəruri tədbirlər də görəcək.

Tailandda dizel yanacağının pərakəndə satış qiymətləri son bir ayda 50 faizdən çox, adi benzinin qiyməti isə orta hesabla 35-40 faiz artıb. Qiymətlərin kəskin artması ölkənin neft yanacağı fondu tərəfindən neft və neft məhsullarına subsidiyaları azaltmaq qərarı ilə əlaqələndirilir.

Seçilən
20
3
azertag.az

4Mənbələr