AZ

Ayda duş qəbul edən astronavt kameralara yaxalandı

NASA-nın 54 ildən sonra həyata keçirdiyi, aprelin 1-də başlayan Aya ilk insanlı missiyası olan Artemis II davam edərkən təəccüblü görüntülər ortaya çıxıb.

Publika.az “Stuff” nəşrinə istinadən xəbər verir ki, astronavt Viktor Qlover kosmik duş qəbul edərkən kameraya yaxalanıb.

Aya səyahət edən ilk qaradərili astronavt olan Qloverin yalnız şort geyinərək kosmik duş qəbul etdiyini göstərən NASA, səhvi anlayan kimi dərhal yayımı kəsib. Yayımı kəsən rəsmi şəxs Ay komandasına "Bu, səhv idi" deyib.

Sosial media istifadəçiləri bu görüntülərə "Herakl kimi əzəmətli" şərhini yazıblar.

Seçilən
11
publika.az

1Mənbələr