AZ

Həbsdəki liderdən bayram mesajı

ABŞ-nin 3 yanvarda Venesuelada saxladığı Prezident Nikolas Maduro Pasxa bayramı münasibətilə venesuelalılara birlik çağırışı edib.

"Cebheinfo.az" xəbər verir ki, Maduronun "X" hesabından edilən paylaşımda Pasxa bayramı səbəbilə venesuelalılara ünvanlanmış mesajı çatdırılıb.

Venesuelalılara birlik və bərabərlik çağırışı edən Maduro bunları qeyd edib:

"Venesuelanın sevgili xalqı, vətənimizin bacı və qardaşları, dünya xalqları! Bu Diriliş Bazarında (Pasxa) Siliya (həyat yoldaşı Siliya Flores) və mən sevgi, sülh və ümid dolu bir mesaj paylaşmaq istəyirik. Bu müqəddəs həftə bizə çox dərin bir həqiqəti xatırladır: Çilə olmadan diriliş olmaz. Öncə çarmıx, acı və təslimiyyət gəlir, ancaq ondan sonra yeni bir həyat başlayır".

Qeyd edək ki, Maduro və həyat yoldaşı 26 martda Nyu-Yorkun Bruklin səmtində saxlanıldıqları Metropoliten Təcridxanasından götürülərək Manhettendəki məhkəməyə gətirilmişdilər.

Məhkəmə iclasında Maduronun Nyu-Yorkda həbs edilməsinə səbəb olan narkotik qaçaqmalçılığı davasındakı hüquqi xərclərinin Venesuela hökuməti tərəfindən ödənilməsinə mane olan bir vəziyyətin olub-olmadığı müzakirə edilib.

Maduro və həyat yoldaşının vəkilləri Venesuela hökumətinin sözügedən dava üçün göndərdiyi pulun istifadəsinə ABŞ hökuməti tərəfindən icazə verilməməsinin Maduronun konstitusion hüquqlarını pozduğunu bildiriblər.

Prokurorluq tərəfi ABŞ-nin tətbiq etdiyi sanksiyalar səbəbindən Venesueladan gələn pulun sözügedən mühakimədə istifadə edilməyəcəyini irəli sürərkən, hakim Alvin Hellerşteyn Cənubi Amerika ölkəsi ilə ABŞ hökuməti arasında yenidən diplomatik əlaqələrin başladığını, buna görə də Maduronun məhkəmə xərcləri üçün göndərilən vəsaitlərin sərbəst buraxılmasının vacibliyini deyib.

Hakim müzakirədən sonra hər hansı bir qərar açıqlamadan iclası yekunlaşdırıb. Digər tərəfdən, hakim qərarını və növbəti məhkəmə iclasının tarixi ilə bağlı daha sonra məlumat verəcəyini bildirib.

Maduro və həyat yoldaşı məhkəmədən sonra konvoyun müşayiəti ilə Metropoliten Təcridxanasına aparılıblar.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr