AZ

İrandan Azərbaycana 21 kq narkotikin keçirilməsinin qarşısı alındı

Azərbaycana 21 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İrandan ölkəmizə keçirilməsinin qarşısı alınıb:

"Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 21 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir".

Seçilən
6
26
far.az

10Mənbələr