Kiran Trippyer cari mövsümün sonunda “Nyukasl”dan ayrılacaq.
"Football-plus.az" xəbər verir ki, tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, 35 yaşlı futbolçu klubu azad agent statusu ilə tərk edəcək. Bununla bağlı artıq yekun qərar qəbul olunub.
Trippyer “Nyukasl”da 2022-ci ildən çıxış edir. O, bu mövsüm bütün turnirlər daxil olmaqla 34 oyunda meydana çıxıb və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Transfermarkt” portalının mütəxəssisləri Kiranın transfer dəyərini 2,5 milyon avro qiymətləndirirlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta