AZ

Toydan bir ay sonra gəlinin əmisinə kəllə atdı Təfərrüat

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sumqayıtda təzə evlənən gəncin ailə münaqişəsi qanlı bitib. 27 yaşlı Turan həyat yoldaşının əmisi Tofiqi döyərək ona xəsarət yetirib. Hadisə gəlinin anası tərəfindən evdən aparılmasından sonra baş verib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə təqsirləndirilən şəxs mübahisənin telefon zəngi ilə başladığını bildirib.Turan ifadəsində deyib ki, Pərvanə ilə arasında ailə münaqişəsi olduğu üçün həmin ilin iyunun 26-da anası Vəfa Pərvanəni yaşadıqları evdən götürərək öz evinə aparıb."Ertəsi gün, günorta saatlarında Vəfa ilə telefonla danışarkən Pərvanənin əmisi Tofiq telefonu alaraq mənimlə danışdı, məni nalayiq söyüşlərlə söyməyə başladı. Tofiqin sözlərindən əsəbləşərək görüşmək istədiyimi dedim və dostum Əlvanla birlikdə onun yaşadığı əraziyə getdik. Biz yolda Tofiqlə görüşdük. Ondan məni söyüş söydüyünü soruşdum. O, söyüş söymədiyini bildirdi”.

Görüş zamanı gərginlik fiziki qarşıdurmaya çevrilib. Turan qarşı tərəfin hərəkətlərindən şübhələndiyini qeyd edib: “Mən də Tofiqin cibindən nəsə çıxardacağından narahat olaraq başım ilə, yəni kəllə ilə onun burnundan bir dəfə vurdum. Həmin vaxt yanımda olan dostum və səsə gələn tanımadığım qonşular bizi ayırdılar. Mən də Əlvanla oradan getdim”.

Faktla bağlı Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi açılıb. Sumqayıt Şəhər Məhkəməsi işə baxaraq maraqlı qərar verib. Belə ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. Turan cinayət məsuliyyətindən azad edilib və onun barəsindəki polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub.

Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
demokrat.az

1Mənbələr