AZ

İran ABŞ ilə müvəqqəti atəşkəs müqabilində Hörmüz boğazını açmayacaq

İran ABŞ ilə müvəqqəti atəşkəs müqabilində Hörmüz boğazını açmaqdan imtina edib.

Missiya.Az xəbər verir ki, Reuters agentliyi bu barədə məlumat yayıb.

"Tehran hesab edir ki, Vaşinqton daimi atəşkəsə hazır deyil",- İranın bəyanatında deyilir.

Həmçinin qeyd olunub ki, İran tərəfi atəşkəs təklifini nəzərdən keçirir. Lakin Tehran təzyiq altında qərarlar qəbul etmək niyyətində deyil.

Daha əvvəl Pakistanın ABŞ və İrana münaqişəyə son qoymaq üçün iki mərhələli plan təqdim etdiyi bildirilmişdi.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
11
missiya.az

1Mənbələr