AZ

“Norm” şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub

“Norm” ASC BMT-nin təşəbbüsü olan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (Women’s Empowerment Principles) qoşulduğunu elan edib.

Bu barədə şirkətin CEO-su, Henning Sasse bildirib: “Azərbaycanın aparıcı sənaye şirkətlərindən biri olaraq, məsuliyyətli liderliyin və dayanıqlı inkişafın əsas dayağı kimi BMT-nin təşəbbüsü olan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərini qəbul etdiyimizi təsdiqləyirik.”

Dayanıqlı inkişaf strategiyasını real addımlarla dəstəkləyən şirkət bu təşəbbüsə qoşulmaqla, qadınlar üçün bərabər imkanların təmin edilməsini və onların şirkətin bütün səviyyələrində təmsilçiliyinin artırılmasını hədəfləyir. Şirkət hesab edir ki, qadınların sement sənayesində daha fəal təmsilçiliyi sosial ədalətlə yanaşı, innovasiyaya, səmərəli istehsala və dayanıqlı iş mühitinin gücləndirilməsinə töhfə verəcək. Həmçinin, bu addım gənc qadınların sənayeyə marağının artırılmasını və onların karyera imkanlarının genişləndirilməsini dəstəkləyəcək.

Qeyd edək ki, Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri BMT-nin Qadınlar Agentliyi (UN Women) və BMT-nin Qlobal Sazişi (UN Global Compact) tərəfindən hazırlanmış beynəlxalq çərçivədir. 

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

“Norm” ASC BMT Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri Women’s Empowerment Principles Henning Sasse CEO Azərbaycan sənaye şirkətləri məsuliyyətli liderlik dayanıqlı inkişaf qadınların bərabər imkanları şirkət səviyyəsində qadın təmsilçiliyi sement sənayesi sosial ədalət innovasiya səmərəli istehsal dayanıqlı iş mühiti gənc qadınların karyera imkanları BMT-nin Qadınlar Agentliyi UN Women BMT-nin Qlobal Sazişi UN Global Compact beynəlxalq çərçivə NEQSOL Holding enerji sektoru telekommunikasiya yüksək texnologiyalar tikinti sektoru beynəlxalq şirkətlər qrupu 10-dan çox ölkədə fəaliyyət.
Seçilən
8
4
marja.az

5Mənbələr