AZ

Neftçalada fermerlər üçün aqrotexniki təlim keçirilib

Neftçalada fermerlərlə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının görüşü təşkil edilib. Bu barədə Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri məlumat verib.

QHT.az bildirir ki,ictimai Birlik tərəfindən fermerlər və fiziki şəxslər arasında sorğu keçirilərək aqrar sahədə biliklərə olan ehtiyaclar araşdırılıb. Sorğunun nəticəsi olaraq suallar tərtib edilib və Kənd Təsərrüfatı Nazirliyinə müraciət edilib. Müraciət müsbət qarşılanıb, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Aqrar Təlim Mərkəzinin  Salyan Regional Təlim Mərkəzi tərəfindən silsilə təlimlərin keçirilməsinə başlanılıb.  

03 Aprel 2026-cı il tarixində keçirilmiş təlim əkinçilikdə aqrotexniki qaydalar mövzusunu əhatə edib və təlimçilər fermerləri maraqlandıran sualları cavablandırıb. Fermerlər, “Aqrotexniki qaydaları tətbiq edərkən  artıq vəsait sərf etdiyimi indi başa düşdüm”,-deyə təlimdən razılığını bildirib. 

Təlimə Qaraman İcma Mərkəzi ev sahibliyi edib.

Zəhra Ağayeva

Seçilən
5
qht.az

1Mənbələr