Samuxda qadını avtomobil vurub.
"Unikal"ın məlumatına görə, hadisə Samux-Kür yolunda qeydə alınıb. Hərəktədə olan "Niva" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən rayon sakini 1980-ci il təvəllüdlü Y. Məmmədovanı vurub. Piyada dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov