AZ

Dəm qazından zəhərlənən 6 uşaqdan ikisinin vəziyyəti ağırdır

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan ikisinin vəziyyəti ağırdır, dördünün müalicəsi davam edir. Bu barədə Sumqayıt Tibb Mərkəzi və Respublika Pediatriya Mərkəzi məlumat verib.

Məlumata görə, digər iki nəfərin vəziyyəti stabildir.

Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına yerləşdirilən bir nəfərə meninqoensefalit diaqnozu qoyulub, vəziyyəti ağır stabil qiymətləndirilir.

Hadisə aprelin 1-də Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. Bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, onlardan biri aprelin 3-də vəfat edib.

 

Seçilən
8
45
anews.az

10Mənbələr